Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə ixracatçılarla görüş keçirilib.
AZPROMO-dan "İki sahil"ə bildirilib ki, tədbir zamanı il ərzində həyata keçirilən ixrac əməliyyatlarının nəticələri və 2025-ci il üçün müəyyənləşdirilən yeni hədəflər müzakirə edilib. Görüşdə dövlət rəsmiləri, sahəvi assosiasiyaların nümayəndələri və sahibkarlar iştirak ediblər.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın ixrac göstəriciləri və qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb, ixracın təşviqi mexanizmləri barədə məlumat verib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların iqtisadiyyatda payının artması və sahibkarlara təqdim edilən dəstək mexanizmlərindən danışıb.
Tədbirdə, həmçinin Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi, Dövlət Vergi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ticarətdə aktual məsələləri, eləcə də ticarət sazişlərinin əhəmiyyəti, elektron ticarət, tətbiq olunan güzəştlər, gömrük prosedurları və gömrük islahatlarına dair fikir mübadiləsi aparıblar.
Media nümayəndələri üçün istehlakçı hüquqlarının müdafiəsi mövzusunda təlim keçirilib
Azərbaycan və ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub
COP31 çərçivəsində turizmin iqlim dəyişikliyində yeri məsələləri müzakirə olunub