Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi, bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, sərəncama əsasən, Korporasiyanın aşağıdakı müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:
- “Azərbaycan alüminiumu” ASC;
- “Azəralüminium” MMC;
- “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC.
Nazirlər Kabineti Korporasiyanın və onun tabeliyindəki digər müəssisələrin ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görməli, normativ hüquqi aktlarda dəyişiklik edilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində dövlət başçısına təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Korporasiyanın və onun tabeliyindəki digər müəssisələrin əmlakı ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Prezidentə təqdim etməlidir.
Media nümayəndələri üçün istehlakçı hüquqlarının müdafiəsi mövzusunda təlim keçirilib
Azərbaycan və ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub
COP31 çərçivəsində turizmin iqlim dəyişikliyində yeri məsələləri müzakirə olunub