2024-cü ildə olduğu kimi 2025-ci ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.
“İki sahil” quruma istinadən xəbər verir ki, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 22-də, martın 12-də, aprelin 23-də, iyunun 11-də, iyulun 23-də, sentyabrın 10-da, oktyabrın 22-də və dekabrın 10-da açıqlanacaq.
Qərarlardan dördünü qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər yanvar, aprel, iyul və oktyabr aylarına nəzərdə tutulub.
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib