Milli Depozit Mərkəzi (MDM) depo hesablarının açılması üzrə yeni arxitektura formalaşdırıb.
“İki sahil” xəbər verir ki, bunu MDM-nin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Mərkəzin “E-Vote" sisteminin tətbiqi ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, artıq investisiya şirkətlərinin müştəriləri API vasitəsilə məsafədən depo hesablarını aça və balanslarında olan qiymətli kağızlarla bağlı məlumatları əldə edə bilərlər.
“Bu yeni infrastruktur qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq hazırlanıb və Azərbaycanın kapital bazarının inkişafına mühüm töhfə verəcək. Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan Beynəlxalq Bankının səhmlərinin ilkin yerləşdirilməsi zamanı tətbiq edilən rəqəmsal həllər uğurla sınaqdan keçirildi. Nəticədə investorlar mobil tətbiq vasitəsilə açılmış depo hesablarından sifarişlərini rahat şəkildə yerləşdirə bildilər. Təkrar bazar əməliyyatlarının nəticələrinin qiymətli kağızlar balanslarında əks etdirilməsi imkanı da təmin edilib”, - deyə A. Xudaverdiyev vurğulayıb.
Şəkidə dövlət müəssisənin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib
ADY: Biləcəri yuyucu-buxarlayıcı stansiyasında 2026-cı ilin ilk 7 ayında 1861 çən vaqon yuyulub
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müracitlərini dinləyəcək