Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) və Qazaxıstanın Mərkəzi Depozitarı (KCSD) arasında qarşılıqlı əlaqələrin qurulması istiqamətində danışıqlar aparılır.
“İki sahil” xəbər verir ki, bunu MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev qurumun “E-Vote” sisteminin tətbiqi ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, MDM bir neçə ölkəyə əməkdaşlıq ilə bağlı sorğular göndərib: “Lakin bu məsələ bazarların bir-birinə marağından asılıdır”.
A. Xudaverdiyev əlavə edib ki, hazırda MDM-in Gürcüstan və Ukrayna ilə aktiv əməkdaşlıq əlaqələri mövcuddur.
Şəkidə dövlət müəssisənin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib
ADY: Biləcəri yuyucu-buxarlayıcı stansiyasında 2026-cı ilin ilk 7 ayında 1861 çən vaqon yuyulub
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müracitlərini dinləyəcək