Qaradağ rayonu, Ələt qəsəbəsində yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar olaraq, dekabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, alternativ mənbədən istehlakçıların qaz təchizatı təmin ediləcək.
Lakin alternativ mənbənin təmin edilməməsi halında, Qaradağ rayonu, Qobustan və Ələt qəsəbələri, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.