Milli Məclisin deputatı İlham Məmmədov Yevlax rayon Yuxarı Qarxun kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Coşqun Məmmədovu yaşadığı ünvanda ziyarət edib.
“İki sahil” xəbər verir ki, deputat Coşqun Məmmədovun övladları Fərid və Pünarın səhhəti ilə maraqlanıb, qarşıdan gələn Yeni İl və 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə onlara səmimi təbriklərini çatdıraraq, ailənin qayğıları ilə əlaqədar müvafiq köməkliyin göstəriləcəyini qeyd etmişdir.
Diqqətə çatdırılıb ki, Fərid və Pünar kimi qayğıya ehtiyacı olan hər bir gənc daim ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın diqqətindədir.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq