Azərbaycanda maliyyəyə çıxışın artırılması üzrə müəyyən edilmiş hədəf göstəricilərin icrası, görülmüş işlər və qarşıda duran prioritetlər müzakirə edilib.
"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, AMB ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri arasında “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görüş keçirilib. Görüşdə Strategiyada nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb, eyni zamanda, Strategiyada hədəf indikatorları olan bank aktivlərinin və kredit portfelinin artımının iqtisadi inkişafa və maliyyə sektorunun sabitliyinə təsirləri müzakirə edilib.
Şəkidə dövlət müəssisənin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib
ADY: Biləcəri yuyucu-buxarlayıcı stansiyasında 2026-cı ilin ilk 7 ayında 1861 çən vaqon yuyulub
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müracitlərini dinləyəcək