Türkiyə mətbuatı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsini geniş işıqlandırıb. Dövlət başçısı müsahibədə Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yollarına” (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi Bakının mövqeyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, qardaş ölkənin mətbuatı Azərbaycan Prezidentinin 38 nəfərin həyatını itirdiyi faciə ilə bağlı Rusiya tərəfinə ünvanladığı tələblərə diqqət çəkib.
Televiziya kanalları, qəzetlər və xəbər portalları mülki təyyarənin atəşə tutulması ilə bilavasitə əlaqəsi olanların hamısının cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödənilməsi tələbləri ilə manşetlərə çıxıb.
AZAL-a məxsus təyyarənin qəzaya uğramasına səbəb kimi Rusiya ərazisində xaricdən zədə aldığı vurğulanıb. Həmçinin Prezident İlham Əliyevin Rusiya tərəfinin “məsələni ört-basdır etməyə” çalışdığı ilə bağlı sözlərindən də sitat gətirilib.
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb