30 dekabr 2024 08:56
169

Bu ildə ən çox qazanan və "yoxsullaşan" milyarderlərin SİYAHISI

"Business Insider" 2024-cü ildə sərvəti ən çox azalan milyarderlərin siyahısını dərc edib.

“İki sahil” xəbər verir ki, ən böyük lüks mallar istehsalçısı LVMH-nin baş direktoru Bernar Arno birinci yeri tutub. Onun sərvəti 31 milyard dollar azalaraq 176 milyard dollara düşüb.

"L"Oréal"ın varisi Fransua Bettankur-Meyers 25 milyard dollar itirib. Çində satışların azalması səbəbindən şirkətin səhmləri ilin əvvəlindən 26% ucuzlaşıb.

Üçüncü yerdə 23 milyard dollar yoxsullaşan meksikalı milyarder, telekommunikasiya nəhəngi "Amóvil"in rəhbəri Karlos Slimdir.

Onun ardınca bu il səhmləri 30%-dən çox ucuzlaşan onlayn pərakəndə satış platforması "Temu"nun ana şirkəti "Pinduoduo"nun təsisçisi Kolin Huan gəlir. Huanın sərvəti 17 milyard azalıb.

İlk 5-liyi 14 milyard dollar itirmiş "Gucci", "Balenciaga", "Saint Laurent", "Bottega Veneta" və digər brendlərin daxil olduğu "Kering" lüks qrupunun rəhbəri Fransua Pino tamamlayır. Onun şirkətinin səhmləri 40% ucuzlaşıb.

Son bir ildə ən çox qazanan milyarderlərin reytinqində ilk beş nəfər texnologiya sektorundan gəlir - İlon Mask (+239 milyard dollar), Mark Zukerberq (+85 milyard), "Nvidia"nın baş direktoru Censen Huan (+78 milyard), "Oracle"ın qurucusu Larri Ellison (+70 milyard) və "Amazon"un həmtəsisçisi Ceff Bezos (+69 milyard).