Dekabrın 30-da dünya bazarlarında neft bahalaşmaqda davam edib.
“İki sahil” xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,18% və ya 0,13 dollar artaraq 1 barelə görə 74.30 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,07% və ya 0,05 dollar artaraq 1 barelə görə 70.65 ABŞ dollarına bərabər olub.
Media nümayəndələri üçün istehlakçı hüquqlarının müdafiəsi mövzusunda təlim keçirilib
Azərbaycan və ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub
COP31 çərçivəsində turizmin iqlim dəyişikliyində yeri məsələləri müzakirə olunub