Bu ilin yanvar-sentyabr aylarında Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 1 milyard 304,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % azdır.
Hesabat dövründə Birləşmiş Krallığın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 28,8 % olub.
9 ay ərzində Azərbaycan isə Böyük Britaniya iqtisadiyyatına 87,15 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 26,4 % çoxdur.
Hesabat dövründə Azərbaycanın Birləşmiş Krallığın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,3 % təşkil edib.
Şəkidə dövlət müəssisənin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib
ADY: Biləcəri yuyucu-buxarlayıcı stansiyasında 2026-cı ilin ilk 7 ayında 1861 çən vaqon yuyulub
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müracitlərini dinləyəcək