Gürcüstanın Bolnisi rayonunun Naxiduri kəndində vəziyyət gərginləşib.
Sakinlər iki yeniyetmənin həyatını itirməsinə səbəb olan avtomobilin sürücüsünün törətdiyi hadisəylə bağlı etiraz aksiyası keçirirlər.
Əraziyə xüsusi təyinatlılar cəlb edilib, vəziyyət gərgin olaraq qalır.
Sakinlər bildirirlər ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş. Onlar təcili yardım avtomobilini də aşırıblar. Həmin avtomobildə hadisəni törədən sürücünün gizləndiyi iddia edilir, həmçinin yeniyetmələri aparan avtomobilə də müdaxilə olunub.
Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Kvemo-Kartli Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneuli-Bolnisini birləşdirən yolda yol-nəqliyyat hadisəsini törətmiş sürücü, 2003-cü il təvəllüdlü T.Ç saxlanılıb.
Qeyd edək ki, hadisə zamanı 15 yaşlı Elçin Binnətov və Sinan Şərifov ölüblər.
“Report”