Bu ilin yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan iqtisadiyyatına 356,3 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.
Hesabat dövründə BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7,9 % olub.
9 ay ərzində Azərbaycan isə BƏƏ iqtisadiyyatına 437,2 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 5,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Fransa iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 31,2 % təşkil edib.
Şəkidə dövlət müəssisənin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib
ADY: Biləcəri yuyucu-buxarlayıcı stansiyasında 2026-cı ilin ilk 7 ayında 1861 çən vaqon yuyulub
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müracitlərini dinləyəcək