Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 641 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 117,2 milyon ABŞ dolları və ya 15,5% azdır.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,49%-i həcmində olub.
Ötən ilin 11 ayında Azərbaycan Böyük Britaniyaya 401,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 45,2 milyon ABŞ dolları və ya 10,1% azdır. Dövr ərzində Böyük Britaniya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 1,65%-ni təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Böyük Britaniyadan məhsul idxalını illik müqayisədə 72 milyon ABŞ dolları və ya 23,1% azaldaraq, 239,7 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində Böyük Britaniya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 1,28%-ni təşkil edib.
Şəkidə dövlət müəssisənin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib
ADY: Biləcəri yuyucu-buxarlayıcı stansiyasında 2026-cı ilin ilk 7 ayında 1861 çən vaqon yuyulub
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müracitlərini dinləyəcək