03 yanvar 2025 09:32
161

50 ildən sonra ilk dəfə qar yağdı

Mərakeşdə 50 ildə ilk dəfə qar yağıb.

“İki sahil” xəbər verir ki, Mərakeşin Milli Meteorologiya Mərkəzi səhra ərazisi üçün qeyri-adi hava şəraitini Şimali Avropadan əhəmiyyətli dərəcədə soyuq hava axını ilə əlaqələndirir.

Qar yağması ölkənin cənub və cənub-şərqində yerləşən bir neçə əyaləti əhatə edib, bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 35-40 santimetrə çatıb.

Dağlıq ərazilərdə havanın temperaturu -5 dərəcəyədək enib.