Kənd təsərrüfatı naziri Məcnun Məmmədov yanvarın 10-da saat 09:00-da Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
“İki sahil” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-659-20-16) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.