Planetin əhalisi bir il əvvəlki ilə müqayisədə 2024-cü ildə təxminən 82 milyon nəfər artıb.
Bunu Almaniyanın Dünya Əhali Fondunun (Deutsche Stiftung Weltbev lkerung) məlumatları sübut edir.
Fondun hesablamalarına görə, Yeni ilin əvvəllərində Yer kürəsində əhalinin sayı 8,156 milyard təşkil edir.
Ən böyük əhali artımı Afrikada müşahidə olunur. Bildirilir ki, yaxın iyirmi il ərzində qitə ölkələrinin sakinlərinin sayı iki dəfədən çox arta bilər.
“Deutsche Stiftung Weltbev lkerung”un qeyd etdiyi kimi, Almaniya sakinlərinin sayı il ərzində dəyişməyib və 84 milyon nəfər səviyyəsində qalmaqda davam edir.
Xatırladaq ki, 14-cü əsrdə vəba pandemiyası səbəbindən dünya əhalisi 400 milyondan 350 milyon nəfərə, Avropa əhalisi isə üçdə birə qədər azalmışdı.
Nəşrin daha əvvəl açıqladığı kimi, 2021-ci ildə qlobal doğuş göstəriciləri üzrə liderlər Somali (6,54), Niger (6,97) və Çaddır (6,99).
Nubar Süleymanova, “İki sahil”