Məşhur insayder Majin Bu "iPhone 17 Pro" modelinin yeni dizaynını əks etdirən fotoları sosial media hesabında paylaşıb.
“İki sahil” xəbər verir ki, "iPhone 17 Pro"nun kamera bloku əvvəlki yerləşimi qoruyacaq, lakin daha geniş olacaq. Eyni zamanda, flaş, əlavə mikrofon və LiDAR dərinlik sensoru cihazın sağ küncünə köçürüləcək.
Yeni modelin dörd rəng variantı mövcud olacaq: ağ, boz, qara və qızılı (səhra qızılı).
Rəsmi təqdimat 2025-ci ilin sentyabrında gözlənilir və dizaynın dəyişmə ehtimalı hələ qalır.
Eyni zamanda, "Apple" şirkəti bu ilin payızında "iPhone 17 Air (Slim)" modelini təqdim edəcək. Bu cihaz rekord incəlikdə korpusla "Plus" seriyasını əvəz edəcək.
Şayiələrə görə, yeni "iPhone" modelləri yüksək performanslı "Apple A19 Pro" prosessoru ilə təchiz olunacaq və "Pro" modelləri ilk dəfə 12 GB operativ yaddaşa sahib olacaq.