07 yanvar 2025 11:33
155

Daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb.

“İki sahil” xəbər verir ki,  KOBİA-dan bildirilib ki, “Startap” şəhadətnamələri “Sampler” MMC-nin onlayn marketinq platforması, “Professor Rahimov Academic Medical Center” MMC-nin proqram təminatı, fərdi sahibkar Aytac Mütəllimovanın özünəxidmət köşkləri, “Vita Travel” MMC-nin onlayn platforma, “Suber” MMC-nin mobil tətbiq, “Buylink” MMC-nin rəqəmsal tövsiyə proqramları üçün marketinq tətbiqi layihələrinə təqdim edilib.

KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi