Xolesterolun təhlükəli dərəcədə yüksək olub-olmadığını müəyyən etmək güzgüyə baxmaq qədər sadə ola bilər.
Həkimlər deyirlər ki, gözə yaxın yağ dolu sızanaqlar,qabarcıqlar, əllərdə və ayaqlarda şişkinlik orqanizmdə xolesterolun infarkt və insult riskini artıran səviyyələrə çatdığını göstərə bilər.
Təxminən 71 milyon amerikalı yüksək xolesteroldan əziyyət çəkir - yağlı bir maddə qan damarlarında yığılıb, onları zədələyir və ürəyə qan axını məhdudlaşdırır.
Tədqiqatlar təxmin edir ki, qan testi ilə diaqnoz qoyulan potensial ölümcül vəziyyəti olan insanların təxminən 40 %-i bu xəstəliyə sahib olduqlarını bilmir, ona görə də müalicə olunmur.
Pəhrizdə doymuş yağlar, həmçinin piylənmə qaraciyərdə xolesterin istehsalını stimullaşdırır. Tipik olaraq, qanda xolesterinin səviyyəsi nə qədər yüksək olarsa, infarkt və insult riski də bir o qədər yüksəkdir.
Mütəxəssislər hesab edirlər ki, yüksək xolesterolu olanlar bunu vaxtında aşkar edərsə və dərmanlarla müalicə olunarsa, hər il milyonlarla infarkt və insultların qarşısını almaq olar.
Onlar bildirirlər ki, əslində xolesterolun çox az adamın bildiyi, aşkarlanması asan olan əlamətləri var.
Göz ətrafındakı dərinin altında adətən sarı rəngli qabarlar, əllərdə qabar və şişkinlik yüksək xolesterolun əlamətidir.
Üzdəki bu qabarcıqlara ksantelazma deyilir və adətən ağrılı olmur. Ancaq onlar yağın qan vasitəsilə axdığını göstərə bilər.
Üzdəki başqa bir əlamət gözün rəngli hissəsi olan bəbəyin ətrafında nazik mavi, ağ və ya boz dairədir. Dairə yaşla daha çox nəzərə çarpır və ən çox kişilərdə görülür.
Qanda piy yığılmasının ən çox görülən üçüncü əlaməti gözün qabarmasına səbəb olan retinal venaların tıxanması adlanır. Bu, adətən, qan damarlarındakı piy yığınlarının qopması və retinaya qan verən damara maneə törətməklə yağ sızmasına səbəb olduqda baş verir.
İşarələr əllərdə eyni dərəcədə nəzərə çarpır. Tez-tez dırnaqların ətrafında şişlik olur, bu da vətərlərdə ağrı ilə nəticələnir.
Yüksək xolesterol məhdud qan axını səbəbindən əllərdə və ayaqlarda sancmalara və iynələnmələrə də səbəb ola bilər.
Xolesterol qaraciyərdə istehsal olunur, mühüm bədən proseslərini dəstəkləyir, o cümlədən hüceyrələrin ətrafındakı qoruyucu membranları gücləndirir, hormonlar istehsal edir və qidaları həzm edir.
Solğun dırnaqlar əllərə oksigenlə zəngin qan axınına xolesterolun mane olduğunu göstərən başqa bir əlamətdir.
Ayaqlarda uyuşma qanı ürəkdən bədənin digər hissələrinə aparan periferik arteriyaların daralması ilə xarakterizə olunan periferik arteriya xəstəliyini göstərə bilər.
PAD, həmçinin ağız boşluğu kimi bədən daxilində, dəridə və ya selikli qişalarda yaranan xoralar, yaralar riskini də artırır. Böyrəklərə və mədəyə qan axınına təsir göstərir.
Həkimlər bu yaxınlarda xəbərdarlıq etmişdilər ki, 65 milyona yaxın amerikalı orta yaşda “lipoprotein a” adlanan xolesterolda xüsusi bir protein səbəbilə ölümcül insult və ya infarkt riski ilə üzləşə bilər.
Onun digər LDL növlərindən daha zərərli olduğu bilinir, çünki o, sağlam qan axınına müdaxilə edərək tez bir yığın əmələ gətirməyə imkan verən "yapışqan" zülallardan hazırlanır.
Nubar Süleymanova, “İki sahil”