09 yanvar 2025 13:41
116

Azərbaycanda ölçmə vasitələrinin yoxlanılması üzrə səlahiyyətli şəxslərin adları açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölçmə vasitələrinin yoxlanılması sahəsində attestasiya edilmiş fiziki şəxslərin siyahısını təqdim edib.

"İki sahil" Dövlət Xidmətinə istinadən xəbər verir ki, Məmmədov Emin Vidadi oğlu və Piriyev Əliyar Məhyəddin oğlu bu sahədə səlahiyyətli şəxslər kimi tanınıb.

Onlara 5 illik attestatlar ötən ilin noyabr ayında təqdim edilib E.Məmmədova maye və qazların məsrəfini, səviyyəsini, təzyiqini və digər dəyişən xüsusiyyətlərini ölçmək üçün cihazlar (26.51.52 kodlu məhsullar), areometrlər, termometrlər, pirometrlər, barometrlər, hiqrometrlər və psixrometrlər (26.51.51 kodlu məhsullar), həmçinin metal baklar, çənlər, rezervuarlar və tutumlular (25.29.1 kodlu məhsullar) üzrə yoxlamaq səlahiyyəti verilib. Ə.Piriyevə isə maye və qazların məsrəfini, səviyyəsini, təzyiqini və digər dəyişən xüsusiyyətlərini ölçmək üçün cihazlar (26.51.52 kodlu məhsullar), həmçinin metal baklar, çənlər, rezervuarlar və tutumlular (25.29.1 kodlu məhsullar) üzrə yoxlamaq səlahiyyəti verilib.

Bu addım ölçmə vasitələrinin yoxlanılması sahəsində keyfiyyət və standartlara uyğunluğun təmin olunması məqsədini güdür. Hər iki səlahiyyətli şəxs ölkədə ölçmə vasitələrinin dəqiqliyinə və təhlükəsizliyinə nəzarət etməyə töhfə verəcək.