SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov mübadilə proqramı çərçivəsində İspaniyada təhsil alacaq tələbələrlə görüşüb.
“İki sahil” xəbər verir ki, 5 tələbə 2024/2025-ci tədris ilinin yaz semestrində (qrantlı) İspaniyanın Coruna Universitetində təhsillərini davam etdirmək imkanı qazanıb.
Onlar Kompüter mühəndisliyi ixtisasının III kurs tələbələri Nailə Əmirova, Cəmil Cəmaləddinli, Sona Nağdaliyeva, Aqşin Kərimov və Banuçiçək Məmmədovadır.
Rektor tələbələrə uğurlar arzulayaraq, bu təcrübənin onların peşəkar kadr kimi formalaşmasına əhəmiyyətli dərəcədə töhfə verəcəyini vurğulayıb.