09 yanvar 2025 16:10
272

Belçika Baş Nazirlik Ofisinin əməkdaşı məktubdan zəhərləndi

Ötən ilin noyabrın 22-də Belçikanın baş naziri Alexandra De Croo-nun ofisinin əməkdaşı zəhərli maddə ilə təmasda olduqdan sonra xəstəxanaya yerləşdirilib. Zəhərli maddə baş nazirin iqamətgahına göndərilən kağız məktubda yer alıb. Noyabrın 20-dən dekabrın 9-dək Belçika Daxili İşlər Nazirliyinin binasında zəhərli daha bir neçə məktub tapılıb.

“İki sahil” xəbər verir ki, bu haqda "Politico" məlumat yayıb. 

“O, məktubu açıb və daha sonra zəhərlənib. Bundan sonra o, xəstəxanaya aparılıb. Başqa heç kim xəsarət almayıb... Əməkdaşımız hazırda özünü yaxşı hiss edir"-  deyə, Belçika baş nazirinin mətbuat katibi Barend Leyts  "Politico"ya bildirib.  O, qeyd edib ki, bu cür yeni insidentlərin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinə ciddi əməl edilib.

Belçika prokurorluğu “Le Soir” nəşrinə bildirib ki, baş nazirin ofisində və Daxili İşlər Nazirliyinin binasında aşkarlanan zəhərli maddə olan məktublarda ölümcül "striknin" olub. Prokurorluq aydınlaşdırıb ki, zərərçəkmiş zəhərlə təmasdan sonra əllərində yanıq xəsarətləri alıb.