10 yanvar 2025 02:26
156

Bəşəriyyət tarixindəki ən gülünc ölümlərdən bəziləri

Yəqin ki, çoxunuz İsadora Dunkanın ölümü haqqında eşitmisiniz. Bəli, onun ölümü həqiqətən absurd idi. Amma təsəvvür edin ki, kimsə sözün əsl mənasında gülməkdən və ya kök şirəsinin həddindən artıq dozasından ölür.

Kök şirəsinin gətirdiyi ölüm

Kök şirəsi çox dadlı və sağlam içkidir. Ancaq qədərində istehlak edilərsə. 1974-cü ildə İngiltərədən olan 48 yaşlı Basil Braun 10 gün ərzində təxminən 50 litr kök suyu içdi - A vitamininin tövsiyə olunan dozasından 10 000 dəfə çox. Bu, sonda qaraciyər çatışmazlığına və nəticədə ölümə səbəb olmuşdu.

Gülməkdən ölmək

Həyatınızda heç sözün əsl mənasında partladığınız və ya gülməkdən ölmək həddinə çatdığınız qədər gülməli bir hadisə olub? Aleks Mitçel 1975-ci ildə 50 yaşında gülərək öldü. Mitçelin ürəyində problem var idi və sevimli serialı “The Goodies”ə baxarkən infarktdan öldü.

Mərcdə qalib gəldi, ancaq sonra öldü

2009-cu ildə 28 yaşlı Sergey Tuqanov Viaqranın bütün paketini udmaqla özünün “kişi şücaətini” çox qeyri-adi şəkildə nümayiş etdirmək qərarına gəlir. Kişi iki qıza 4300 dollar pul qoyub ki, hər ikisi ilə 12 saatlıq seks marafonuna dözə bilsin. Görünür, Tuqanov “kişi” şöhrətinə o qədər ac idi ki, uduzmağı gözə ala bilmirdi - o, faktiki olaraq mərcdə qalib gəldi, lakin bu 12 saatlıq orgiya başa çatdıqdan dərhal sonra infarktdan öldü.

Başda atəşfəşanlıq

Ötən il ABŞ-ın Men ştatından olan sərxoş Devon Staples dostları ilə Müstəqillik Gününü qeyd edərkən, öz başında atəşfəşanlıq etmək qərarına gəldi. Mərhumun qardaşı deyir ki, “axmaq” hadisə idi. Əslində Devon axmaq bir iz edən adam deyildi. O, insanları güldürmək üçün özünü axmaq kimi aparan insanlardan idi. Təəssüf ki, onun son zarafatı gülməli olmadı...

Timsahla bir üzmək

Texas sakini Tommi Vudvord təkcə təhlükə əlamətlərinə deyil, dostlarının xəbərdarlıqlarına da məhəl qoymayıb. Vudvorda nəhəng timsahın olduğu su hövzəsində üzməmək barədə xəbərdarlıq edilsə də o, sadəcə suya tullanmaqla qalmayıb, həm də timsahı söyməyə başlayıb. Heyvan görünür, bu zarafatnı gülməli saymayıb. Nəticədə Vudvordun parçalanmış cəsədi bir neçə saat sonra aşkar edilib.

“Kişilik” adı ilə başqa bir ölüm nümunəsi

1995-ci ildə fermer Kristof Azinski dostları ilə içki içirdi. Daha sonra kişilər aralarında kimin daha cəsur olduğunu göstərmək üçün müxtəlif oyunlar oynamağa başlayıblar. Hər şey bir-birinə donmuş şalgam atmaqla başladı, amma sonra kimsə zəncirli mişar tapdı. Dostlarından biri qışqıraraq əsl kişinin kim olduğunu ona göstərəcəyini bildirib, mişarla öz ayağını kəsib. Sonra Kristof Asinski cəsur adamı üstələmək qərarına gəlir və dostundan mişarı götürərək öz başını kəsir.

Şərflə boğulma

Aysadora Dunkan dünya şöhrətli rəqqasə olub, bohem həyat tərzi keçirib və sərbəst hərəkətləri ilə seçilib. 14 sentyabr 1927-ci ildə Dunkan Fransada olarkən dostu ilə kabrioletlə gəzintiyə çıxmağa qərar verdi. Rəqqasə ən çox sevdiyi ipək eşarpını taxmışdı və bu, sonda onun faciəli ölümünə səbəb oldu. Dunkanın boynuna dolanmış şərfin bir tərəfi avtomobildən çıxıb və arxa təkər oxuna ilişib. Maşından yolun kənarına atılan qadın boğularaq və boynu sınaraq dünyasını dəyişmişdi.

Yeməkdən ölmək

Julien Offrey de La Mettrie 16-cı əsrin məşhur həkimi və filosofu idi. La Mettrie Fransanın Prussiyadakı səfirini müalicə etdiyinə görə səfir onun şərəfinə böyük bir şənlik təşkil edərək həkimə təşəkkür etmək istədi. Axşam yeməyində həkim həddindən artıq yemək yediyi üçün həzmsizlikdən qısa müddətdə öldü. La Mettrie çox yemək qabiliyyəti ilə tanınırdı və bunun sağlamlığa zərərli olmadığını göstərmək istəyirdi.

Uğursuz sınaq

XX əsrin əvvəllərində fransız dərzi Frans Reiçelt paltar kimi geyinilə bilən paraşüt icad etdi. 1912-ci ildə sınaq keçirmək üçün Fransa hökumətindən icazə almağa çox səy göstərdikdən sonra nəhayət ki, yeni ixtirasını sınaqdan keçirə bildi. Reiçelt paraşüt kostyumu geyinərək Eyfel qülləsindən atladı və yıxılaraq öldü.

Xoruzun törətdiyi qətl

Kaliforniya sakini 35 yaşlı Xose Luis Oçoa qanunsuz xoruz döyüşlərinin pərəstişkarı olmaqla yanaşı, həm də fəal təşkilatçısı idi. 2011-ci ildə bir matç zamanı xoruz ayağına bağlanan bıçağı kişinin ayağına sancmışdı. Oçoa hadisədən cəmi iki saat sonra xəstəxanaya aparılsa da, artıq gec idi.

24-cü mərtəbədən ölüm

1993-cü ildə Torontolu hüquqşünas Harri Hoy bir qrup tələbəyə 24-cü mərtəbədəki ofisindəki şüşənin qırılmaz olduğunu sübut etmək istəyirdi. O, sürətini artırdı və özünü şüşəyə çırpdı. Şüşə həqiqətən sınmadı, sadəcə pəncərə çərçivəsindən düşdü və Hoy o hündürlükdən yerə çırpılaraq dünyasını dəyişdi.

Nubar Süleymanova, “İki sahil”