BMT Rusiya dövlət başçısı Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında mümkün görüşü alqışlayır.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə qurumun Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.
O bildirib ki, tərəflərin görüşü ilə bağlı istənilən dialoqu təqdir edir.
Qeyd edək ki, daha əvvəl Tramp Putinin onunla görüşmək istədiyini bildirib.