Böyük Britaniya şirkətlərinin yarısı yeni işçilər işə götürməkdənsə, süni intellektə etibar etməyi planlaşdırırlar.
“İki sahil” xəbər verir ki, bu barədə Boston Consulting Group (BCG) tərəfindən aparılan sorğunun nəticələrinə istinadla "Financial Times" nəşri yazıb.
Sorğuda iştirak edən yüksək səviyyəli top-menecerlərin 51%-i maliyyə naziri Rachel Reeves-in Milli Sığorta Fonduna işəgötürənlərin töhfələrini artırmaq qərarından sonra "investisiyanı insanlardan süni intellektə keçirməyi" planlaşdırdıqlarını söyləyiblər.
“İnsanlar süni intellekt və generativ modellərin məhsuldarlığı artırmaq baxımından daha faydalı olduğunu başa düşməyə başlayırlar"- deyə BCG-nin idarəedici direktoru və tərəfdaşı Nik South sorğu nəticələrini şərh edib.
Biznes nümayəndələri daha əvvəl hökumətin tədbirlərini tənqid edərək, sığorta haqlarının artırılmasının şirkətlər üçün əlavə milyardlarla dollarlıq xərclərlə nəticələnəcəyini bildiriblər. BCG respondentlərinin 57%-i əvvəlcə planlaşdırdıqlarından daha az adamı işə götürmək niyyətində olduqlarını söyləyiblər.