14 yanvar 2025 11:39
103

Azərbaycanda aqrar sığorta ödənişləri 46 %-ə yaxın artıb

2024-cü ildə Aqrar Sığorta Fondu 6,4 milyon manat sığorta ödənişi həyata keçirib.

“İki sahil” xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bildirib.

Onun sözlərinə görə, bu, 2023-cü illə müqayisədə 45,5 % çoxdur.

"Kəskin artım iqlim dəyişiklikləri fonunda baş verib. Bu ilin ilk 10 günündə isə 500 min manata yaxın sığorta ödənişi həyata keçirilib", - deyə sədr müavini qeyd edib.

Bundan başqa, Fond rəsmisi deyib ki, ötən il bağlanmış sığorta müqavilələrinin sayında 11 %, fermerlərin sayında isə 38 %-ə yaxın artım olub: "Bu da fermerlərin aqrar sığortaya marağının getdikcə artığını göstərir".