14 yanvar 2025 13:49
110

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 14 %-ə yaxın artıb

Azərbaycanda 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyon manat çoxdur.

"İki sahil" bu barədə DVX-nə istinadən xəbər verir.

Bildirilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 27,4 milyon manata yaxın təşkil edib. Beləliklə, büdcəyə proqnozdan əlavə 337,3 milyon manatdan çox vəsait daxil olub. 2023-cü illə müqayisədə bu sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 % artıb.

Ödənilən vergilərin 69,8 %-i qeyri-neft-qaz sektorunun, 30,2 %-i isə neft-qaz sektorunun payına düşüb.