Azərbaycanda ilk dəfə olaraq müxtəlif çeşiddə qoruyucu ayaqqabı və poliuretan çəkmələrin ixracı həyata keçirilib.

“İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının daha bir rezidenti məhsul ixracına başlayıb. Müxtəlif çeşiddə qoruyucu ayaqqabı və poliuretan çəkmələrin istehsalı üzrə ixtisaslaşmış “BAFCO İnvest” MMC tərəfindən Rusiya, Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə məhsul ixrac edilib.

Hazırda “BAFCO İnvest” MMC Avropa ölkələrinə məhsul ixracı istiqamətində danışıqlar aparır.
Qeyd edək ki, Ağdam Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən və Almaniyanın tanınmış Desma markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 000 cüt ayaqqabı təşkil edir.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb