14 yanvar 2025 15:51
110

BANM tələbəsi Çində Azərbaycanla bağlı təqdimat edib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Elgün Cabbarov mübadilə proqramı çərçivəsində Çin Neft Universitetində təhsil alır.

“İki sahil” xəbər verir ki,  proqram çərçivəsində "Yeni Era Enerji Gənclərinin Dünya Məsuliyyəti Mövzusu Nitq və Video Yaradıcılıq Müsabiqəsi"ndə üçüncü yerə layiq görülüb.

Müsabiqə iki mərhələdən ibarət olub, Elgün I mərhələdən sonra finala vəsiqə qazanan yeganə əcnəbi tələbə olub.

Çıxışında gənclərin enerji sahəsindəki rolu, Azərbaycanın COP29-da iqlim dəyişikliyinə verdiyi önəm və atdığı addımlar barədə danışıb.