Qazaxıstanın qeyri-rezidentləri üçün ödəniş kartlarının etibarlılıq müddəti bir illə məhdudlaşdırılıb.
“İki sahil” RT-yə istinadla xəbər veri ki, bu barədə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi qərar verib.
“Qazaxıstan Respublikasının qeyri-rezidentləri üçün ödəniş kartlarının etibarlılıq müddətinə məhdudiyyətlər müəyyən edilib. Bu, 12 aydır” - deyə sənəddə qeyd edilir.
Bildirilir ki, bu cür tədbirlər narkotik vasitələrin qanunsuz dövriyyəsi və rəqəmsal aktivlər sahəsində bank xidmətlərindən istifadə risklərinin minimuma endirilməsi məqsədilə həyata keçirilib.