İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 31-ci ali səviyyəli toplantısı işə başlayıb.
Mərkəzdən “İki sahil”ə bildiriblər ki, BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində keçirilən və yanvarın 17-dək davam edəcək toplantı 40-dan çox nüfuzlu lideri bir araya gətirib.
Tədbirə 25-dən çox ölkəni təmsil edən sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri qatılıblar.
Qeyd edək ki, toplantının açılış mərasimində Mərkəzin həmsədri Vayra Vike-Freyberqa, BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Dorin Boqdan Martin, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev və Finlandiyanın sabiq prezidenti Tarya Halonen çıxış ediblər.
“İnkişaf etməkdə olan ölkələr üçün DİM-lərin maliyyələşdirilməsi”, “COP29: Vəddən tərəqqiyə”, “Sağlamlıq və iqlim dəyişikliyi yaşıl rəqəmsal fəaliyyətin tətbiqi” kimi qlobal mövzuları əhatə edən bu tədbir bu il keçiriləcək 12-ci Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.
Xatırladaq ki, bu, Mərkəzin BMT-nin Cenevrə ofisi ilə birgə təşkil etdiyi 4-cü toplantıdır.
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib