17 yanvar 2025 17:20
116

Azərbaycanda 68 auditor təşkilatı, 31 sərbəst auditor barədə tədbir görülüb

2022-ci ildən bu günə kimi minimum hədlərə əməl etmədiklərinə görə Azərbaycanda 68 auditor təşkilatı və 31 sərbəst auditor barəsində müvafiq olaraq intizam və tənbeh tədbirləri görülüb.

“İki sahil” Auditorlar Palatasının istinadən xəbər verir ki, bunu qurumun aparat rəhbəri Qəşəm Bayramov “Haqsız rəqabət hallarının qarşısının alınması barədə” “Dəyirmi masa”da bildirib.

Onun sözlərinə görə, bununla bağlı Palatanın sədri 28 əmr imzalayıb: “Hal-hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir”.

Q. Bayramov onu da qeyd edib ki, haqsız rəqabətə qarşı mübarizə ilə əlaqədar Türkiyə təcrübəsi öyrənilib və bundan başqa 11 metodik vəsait hazırlanıb.