17 yanvar 2025 18:21
118

Azərbaycanda avtomobil istehsalı artıb

Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ildə 826,6 milyon manatlıq məhsul istehsal edilib.

Bu barədə "İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, 2023-cü illə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44,7% artıb, maşın və avadanlıqların istehsalı 51,4%, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,3% azalıb.

2024-сü ildə 5998 ədəd və ya əvvəlki illə müqayisədə 2129 ədəd çox minik avtomobili istehsal olunub.

Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 5,9% azalıb.