Bu gün keçirdiyimiz görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Türkiyə ilə Azərbaycan arasında əlaqələrə də nəzər saldıq. Bu istiqamətdə Türk Dövlətləri Təşkilatını qeyd etmək istərdim.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, tarixi Şuşa Bəyannaməsinin imzalanmasından təxminən 3 il sonra eyni məkanda Qarabağ Bəyannaməsinin imzalanması xüsusi əhəmiyyət daşıyır. “Bu gün orada qəbul olunmuş qərarların icrası istiqamətində də müzakirələr apardıq”, - deyə C.Bayramov əlavə edib.
Heydər Əliyevin xidmətləri Azərbaycanın inkişafına istiqamət verən dəyərli irs kimi yaşayır - XİN başçısı
Prezident İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib