Bakıda bıçaqlandığını iddia edən gəncin özünü bıçaqladığı məlum olub.
“İki sahil” xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Sadıqlı Məmməd Müşviq oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlandığını bildirsə də, araşdırma zamanı onun özünü bıçaqladığı məlum olub. Səbəb isə sevdiyi qızın onu mobil nömrəsini bloklaması olub.