 
                    Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvili ilk dəfə əfv sərəncamı imzalayıb.
“İki sahil” xəbər verir ki, sərəncama əsasən 613 nəfəri cəzanın icrasından azad edib.
Xatırladaq ki, dekabrın 29-da Gürcüstan parlamentində altıncı prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beş illik müddətə seçilib. Bu, Gürcüstan prezidentinin ilk dolayı seçkiləri idi. Məhkumların əfv edilməsi konstitusiyaya əsasən Gürcüstan prezidentinin azsaylı səlahiyyətlərindən biridir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
 Zelenski Rusiyanın 300-dən artıq tankerinə sanksiya tətbiq edilməsini irəli sürüb
                                
                                    
                                    
                                
                                
                                
                                    Zelenski Rusiyanın 300-dən artıq tankerinə sanksiya tətbiq edilməsini irəli sürüb