Fransanın Azərbaycandakı səfiri Ann Buayon 20 Yanvar – Ümummilli Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.
“Qara Yanvar faciəsinin 35-ci ildönümünü qeyd edən bu matəm gününündə Avropalı həmkarlarımla birlikdə 1990-cı ilin Yanvar hadisələri qurbanlarının xatirəsini hüznlə yad edirik”, – o qeyd edib.