20 yanvar 2025 13:01
276

XİN başçısı: Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa oluncaq

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa oluncaq.

“İki sahil” xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, baş konsulluq ABŞ-nin Kaliforniya ştatında baş verən yanğına görə fəaliyyət göstərdiyi binadan köçüb:

"Diplomatik qurumumuzun fəaliyyəti dayandırılmayıb, hazırda uzaqdan işini davam etdirir. Los-Ancelesdəki fəaliyyət ilk fürsətdə bərpa olunacaq".