Konstitusiyada dəyişikliklərlə bağlı Ermənistandan əməli addımlar gözləyirik.
“İki sahil” xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Azərbaycan ictimaiyyəti sülh sazişinin mətnindən başqa digər ciddi və açıq məsələ olduğunu bilir:
"Bu da Ermənistanın Konstitusiyasında və bir sıra hüquqi normativ aktlarda Azərbaycana qarşı ərazi iddialarının mövcudluğudur. Bu yöndə Ermənistandan ciddi əməli addımlar gözləyirik. Bəyanatlar, sülhpərvər mesajları eşidirik, amma real addımlarda ciddi çatışmazlıq görünür".
Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident tədbirdə iştirak edir
Türkiyə-Azərbaycan əməkdaşlığı regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biridir - Hikmət Hacıyev