"ACWA Power" şirkəti ilə Azərbaycanın enerji ekosistemində bərpa olunan enerji mənbələrinin payının artırılması müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
"ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşməkdən məmnun olduq. Azərbaycanın enerji ekosistemində bərpa olunan enerji mənbələrinin payının artırılması, "ACWA Power" ilə reallaşdırılan təşəbbüslərin əhəmiyyəti və birgə həyata keçirilən layihələr barədə danışdıq”, - paylaşımda qeyd olunub.