22 yanvar 2025 00:11
113

Bu nahiyədə piylənmə ən qorxuludur - Doktor Myasnikov

Yağ çox aydın şəkildə insanın hormonal sisteminə inteqrasiya olunur, estrogen, leptin və rezistin istehsal edir. Ancaq müəyyən hissələrdə onun artıqlığı təhlükəlidir. Məhz bu, xəstəliklərin inkişafına səbəb olur.

Bu barədə rusiyalı mütəxəssis, televiziya həkimi doktor Myasnikov “Rossiya” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişində xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, zərərli olan artıq çəkili olmaq deyil, məhz böyük qarındır. Məhz qarın nahiyəsində cəmləşən yağ diabet, xərçəng və ürək xəstəliklərinin mənbəyidir. Yağ bədənə bərabər paylansa, daha yaxşıdır.

"Ona görə də tamamilə kilolu insanla arıq, ancaq qarnı olan insanın hansının daha sağlam olduğunu soruşsanız, deyərdim ki, qarnı olan arıq insan daha pisdir", - həkim qeyd edib.

Nubar Süleymanova, “İki sahil”