21 yanvar 2025 19:55
120

XİN: Türkiyədə hoteldəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Türkiyədə hoteldəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya yanğın nəticəsində 66 nəfərin öldüyünü, 51 nəfərin yaralandığını bildirib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.