SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2024/2025-ci tədris ilinin yaz semestrində mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb.
“İki sahil” xəbər verir ki, xaricdə təhsil olacaq BANM tələbələrinin say tərkibi belədir:
Portuqaliyanın Bragança Politexnik İnstitutu: 2 tələbə
Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti: 2 tələbə
İspaniyanın Qranada Universiteti: 1 tələbə
İspaniyanın Koruna Universiteti: 5 tələbə
İspaniyanın Alikante Universiteti: 1 tələbə
Türkiyənin Sabancı Universiteti: 2 tələbə
Türkiyənin Orta Doğu Texniki Universiteti: 2 tələbə
Türkiyənin Eskişehir Texniki Universiteti: 2 tələbə
Bolqarıstanın “Angel Kanchev” adına Ruse Universiteti: 6 tələbə
Serbiyanın Krajuhevak Universiteti: 1 tələbə
İnformasiya təhlükəsizliyi, Kimya mühəndisliyi, Kompüter mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Neft-qaz mühəndisliyi və MBA üzrə “Project Management” (Layihə İdarəetməsi) ixtisasından, ümumilikdə 24 tələbə sözügedən universitetlərdə təhsil almaq imkanı əldə edib.
Rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.