Qışda pəhrizimiz ilin digər vaxtlarına nisbətən daha az rəngarəng olur. Biz daha çox kalorili qidalar yeyirik, qızardılmış, duzlu və yağlı qidalara üstünlük veririk. Belə monotonluq tez yorulma, çəki artımı, pis əhval-ruhiyyə və süstlük yaradır. “Rusiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişində mütəxəssislər hansı meyvələrin sizi bu problemlərdən xilas edəcəyini açıqlayıblar.
Nar
Qan təzyiqini azaldır, sərbəst radikalların balanssızlığını aradan qaldırır, damar divarını gücləndirir, iltihabı azaldır, aterosklerozun qarşısını alır, görmə üçün faydalıdır.
Banan
Dəyərli kalium mənbəyi olmaqla qan damarlarını və ürəyi qoruyur, həmçinin mikrobiomaya müsbət təsir göstərir.
Xurma
Bağırsaq sağlamlığını yaxşılaşdırır, bağırsaq divarında iltihabı azaldır, qalxanabənzər vəzi üçün faydalıdır, əhval-ruhiyyəni və enerji səviyyəsini yaxşılaşdırır, görmə üçün çox xeyirlidir.
Nubar Süleymanova, “İki sahil”