22 yanvar 2025 20:51
336

“Qalatasaray” onu ABŞ klubuna icarəyə verib

Türkiyənin “Qalatasaray” komandası futbolçusu Vilfrid Zahanı ABŞ-ın “Şarlott” klubuna icarəyə verib.

“İki sahil” İstanbul klubunun rəsmi saytına istinadla xəbər verir ki, Kot-d'İvuardan olan hücumameyilli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

MLS təmsilçisi 32 yaşlı vinger üçün “Qalatasaray”a 2,8 milyon ABŞ dolları ödəyəcək.

Qeyd edək ki, Vilfrid Zaha cari mövsümün ilk yarısını icarə əsasında Fransanın “Lion” komandasında keçirib.