23 yanvar 2025 16:49
112

ASCO ötən il 77 mindən çox avtotexnika və vaqon daşıyıb

Əgər 2015-ci ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 38 079 ədəd avtotexnika (TİR) və vaqon daşıyısa, 2024-cü ildə bu rəqəm 77 071 ədədə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə ASCO-nun açıqlamasında bildirilir.

"Bu da ümumilikdə 102,4 % və yaxud 2 dəfədən çox artım deməkdir", - deyə məlumatda qeyd olunub.

Səhmdar cəmiyyəti həmçinin bəyan edib ki, son 10 ildə davam edən qlobal iqtisadi böhranlar, eyni zamanda müharibələr və pandemiyaya baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəqliyyat-logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələr hesabına Orta dəhliz üzrə yükdaşımalarda müsbət nəticələr qeydə alınıb. Bu dinamika özünü gəmi-bərələrlə daşınan TİR və vaqonların sayında da özünü göstərir.