23 yanvar 2025 19:20
113

KTN Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi artırılıb

Kənd Təsərrüfatı Nazirliyi Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin sayı artırılıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 202 ştat vahidindən 212-yə, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi isə 867 ştat vahidindən 926-ya qaldırılıb.