Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında “Alfa” platformasının işi tam bərpa olunub.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında"BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
O bildirib ki, “Alfa” platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində yaranmış texniki problem tam həll edilib və yanvarın 18-də platformanın işi bərpa olunub.
Tamam Bayatlı onu da qeyd edib ki, hazırda "Şahdəniz" qaz-kondensat yatağında “Alfa” platformasından hasilat və ixrac əməliyyatları dayanmadan əvvəl olan həcmlərdə tam olaraq bərpa olunub.